İlham Əliyev Angela Merkeli təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Angela Merkeli Almaniyanın Federal kansleri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
İlham Əliyev Angela Merkeli təbrik etdi
[b]Azertaym.az-[/b]ın məlumatına görə, təbrik məktubunda bildirilir: “Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri, siyasi, iqtisadi və humanitar sahələrdə çoxşaxəli səmərəli əməkdaşlığımız xüsusi məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı faydalı iş birliyimizi, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə fəaliyyətimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, dost Almaniya xalqının rifahı naminə məsul işinizdə yeni-yeni uğurlar diləyirəm”.






Fikirlər