Əsas Səhifə > Dünya, Slayd > 15.08.2014- ABŞ-la Yaponiya birləşdirilir
15.08.2014- ABŞ-la Yaponiya birləşdirilir15-08-2014, 13:38 |
![]() "Faster" adlandırılmış kabel ABŞ və Yaponiyanı birləşdirəcək. Konsorsium layihənin qiymətini 300 milyon dollar dəyərində qiymətləndirir. ANS-in “ICTnews”a istinadən məlumatına görə transokean fiber-optik xətti bir saniyədə 60 terabaytadək məlumatların ötürülməsini təmin edəcək. Məsələn, bir saniyədə "HD" keyfiyyətində 2000 film ötürmək mümkündür. Kabel 2016-cı ildə istismara veriləcək. "Google" layihə üzərində Asiyanın telekommunikasiya bazarının nəhəngləri ("China Mobile", "China Telecom", "Global Transit", "KDDI" və "SingTel") ilə birgə işləyir. Kabel Yaponiyada Çikura və Şima şəhərlərini ABŞ-ın qərb sahilində yerləşən ən böyük mərkəzlərlə (Los-Anceles, San-Fransisko, Portlend və Sietl) birləşdirəcək. Geri qayıt |