15.08.2014- ABŞ-la Yaponiya birləşdirilir

15.08.2014- ABŞ-la Yaponiya birləşdirilir"Google" və beş böyük şirkət məlumatların sürətli ötürülməsi üçün Sakit okeanın dibi üzrə kabelin çəkilməsi ilə məşğul olacaqlar.

"Faster" adlandırılmış kabel ABŞ və Yaponiyanı birləşdirəcək. Konsorsium layihənin qiymətini 300 milyon dollar dəyərində qiymətləndirir.

ANS-in “ICTnews”a istinadən məlumatına görə transokean fiber-optik xətti bir saniyədə 60 terabaytadək məlumatların ötürülməsini təmin edəcək. Məsələn, bir saniyədə "HD" keyfiyyətində 2000 film ötürmək mümkündür.

Kabel 2016-cı ildə istismara veriləcək.

"Google" layihə üzərində Asiyanın telekommunikasiya bazarının nəhəngləri ("China Mobile", "China Telecom", "Global Transit", "KDDI" və "SingTel") ilə birgə işləyir.

Kabel Yaponiyada Çikura və Şima şəhərlərini ABŞ-ın qərb sahilində yerləşən ən böyük mərkəzlərlə (Los-Anceles, San-Fransisko, Portlend və Sietl) birləşdirəcək.






Fikirlər