01.02.2014. - Qarşıdan gələn üç günün hava proqnozu

01.02.2014. -  Qarşıdan gələn üç günün hava proqnozu Yanvarın 31-də, fevralın 1-də və 2-sində Bakıda və Abşeron yarımadasında hava qeyri-sabit olacaq, qar yağacaq. Regionlardan da qeyri-sabit hava şəraiti proqnozlaşdırılır.AzerTaym.az xəbər verir ki, bu barədə Day.Az məlumat yayıb.

Bakı

Cümə günü Bakıda hava tutqun və qarlı olacaq. Yağan qar axşam da davam edəcək. Küləyin sürəti saniyədə 8,1 metr olacaq. Atmosfer təzyiqi isə 780 mm cizə sütunu olacaq. Havanın rütubətliliyi 61%. Gündüz 2 dərəcə şaxta, axşam isə 3 dərəcə şaxta olacaq.

Şənbə günü də bütün gün ərzində qar yağacaq. Sürəti saniyədə 5,0 metrə çatan şimal-şərq küləyi gözlənilir. Atmosfer təzyiqi 783 mm civə sütunu, rütubətlilik isə 56% olacaq. Havanın hərarəti gündüz -4 dərəcə, gecə isə -5 dərəcə təşkil edəcək.

Bazar günü səhər, günorta və axşam qar yağacağı gözlənilir. Sürəti saniyədə 4,3 metrə çatan şərq küləyi gözlənilir. Atmosfer təzyiqi 779 mm civə sütunu, rütubətlilik isə 60% olacaq. Havanın hərarəti gündüz -4 dərəcə, gecə isə -5 dərəcə təşkil edəcək.

Sumqayıt

Cümə günü bütün gün ərzində hava tutqun olacaq, qar yağacaq. Sürəti saniyədə 8,9 metrə çatan şimal küləyi gözlənilir. Atmosfer təzyiqi 780 mm civə sütunu, rütubətlilik isə 66% olacaq. Havanın hərarəti gündüz +2 dərəcə, gecə isə -4 dərəcə təşkil edəcək.

Şənbə günü səhər də qar gözlənilir. Sürəti saniyədə 4,6 metrə çatan şimal-şərq küləyi gözlənilir. Atmosfer təzyiqi 783 mm civə sütunu, rütubətlilik isə 58% olacaq. Havanın hərarəti gündüz -4 dərəcə, gecə isə -5 dərəcə təşkil edəcək.

Bazar günü də havanın tutqun və yağıntılı olacağı deyilir. Sürəti saniyədə 3,9 metrə çatan şərq küləyi gözlənilir. Atmosfer təzyiqi 780 mm civə sütunu, rütubətlilik isə 62% olacaq. Havanın hərarəti gündüz -5 dərəcə, gecə isə -9 dərəcə təşkil edəcək.

Qərb regionları

Qərb zonasında da hava qeyri-stabil olacaq.

Cümə günü Gəncədə güclü qar gözlənilir. Sürəti saniyədə 2 metrə çatan şərq küləyi gözlənilir. Atmosfer təzyiqi 778 mm civə sütunu, rütubətlilik isə 83% olacaq. Havanın hərarəti gündüz +1 dərəcə, gecə isə -4 dərəcə təşkil edəcək.

Şənbə günü də Gəncədə sürəti saniyədə 1,8 metrə çatan şərq küləyi əsəcək. Atmosfer təzyiqi 782 mm civə sütunu, rütubətlilik isə 65% olacaq. Havanın hərarəti gündüz 5 dərəcə, gecə isə -6 dərəcə təşkil edəcək.

Bazar günü şəhərdə hava tutqun olacaq və qar yağacaq.

Sürəti saniyədə 1,8 metrə çatan şərq küləyi gözlənilir. Atmosfer təzyiqi 779 mm civə sütunu, rütubətlilik isə 66% olacaq. Havanın hərarəti gündüz -7 dərəcə, gecə isə -9 dərəcə təşkil edəcək.


01.02.2014. -  Qarşıdan gələn üç günün hava proqnozu






Fikirlər