Xanlar Vəliyevin yerinə o gələ bilər - ADLAR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev vəzifədən gedib. Yeni Hərbi prokurorun kim olacağı rəsmi olaraq bəlli olmasa da, müəyyən təxminlər irəli sürmək mümkündür. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hərbi prokuror vəzifəsinə gəlməsi ehtimal edilən şəxslərdən biri İlqar Qılıcovdur. 1966-cı ildə anadan olan İlqar Qılıcov Ali Məhkəmənin hakimidir. O, Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Bu posta real namizədlərdən biri Hərbi prokurorun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovdur. 1972-ci il təvəllüdlü olan İmranov müavin olana qədər Prokurorluq orqanlarında müxtəlif rəhbər vəzifələrdə də çalışıb. Baş prokurorun birinci müavini, Lənkəran rayon prokuroru olmuş Elçin Məmmədov də Hərbi prokuror vəzifəsinə namizədlərdən biri sayıla bilər. O, 1971-ci ildə anadan olub, 1993-cü ildən Prokurorluq orqanlarında çalışıb. Şəki və Mingəçevir prokuroru vəzifələrində çalışmış, hazırda Baş prokurorun mavini olan Elmar Camalov da sözügedən posta namizədlərdəndir. 1969-cu il təvəllüdlü Camalov 5 ildir ki, müavin vəzifəsində çalışır.