06.06.2014.- Twitter, həmyerlimizin şirkətini satın alıb - SON XƏBƏR

06.06.2014.- Twitter, həmyerlimizin şirkətini satın alıb - SON XƏBƏRSon dövrdə proqram müəllifləri üçün reklam həlləri inkişaf etdirməyə üstünlük verən Twitter, ötən sentyabrda MoPub-ı satın almışdı.
Yaxın keçmişdə MoPub-ın reklam platformasını bütün yayımçılarına açmasının ardından, şirkət bu istiqamətdə tamamlayıcı olaraq görə biləcəyimiz bir addım ataraq Namo Media-yı satın aldığını elan edib
.

Hazırda Twitter ilə birlikdə çalışan Namo Media, mobil reklam platformalarını inkişaf etdirir. Banner reklamlarına alternativ olacaq həllər axtaran proqramın əsl hədəfi Facebook və Twitter reklamlarıdır.

Noma Media bu günə qədər Google Ventures, Andreessen Horowitz, Betawoks, Trinity Ventures, Susa Ventures kimi öndə gələn investorlar tərəfindən dəstəklənib.

Mobil prioriteti açıqca görülən bu alqı-satqı ilə Twitter, reklam şəbəkəsini genişləndirəcəyini bildirir.

Qeyd edək ki, proyektin həmtəsisçilərindən biri Tural Bədirxanlı azərbaycanlıdır. Bundan əvvəl AdMob şirkətində çalışan Tural Bədirxanlı, AdMob-un Google tərəfindən satın alınması ilə birlikdə Google-un işçisi olmuşdu.

Google-dan ayrılan həmyerlimiz Namo Media proyektinin təsisçilərindən biri idi.

Proyektin 50 milyon dollara alındığı bildirilir.

Namo Media haqqında aşağıdakı videoda məlumat ala bilərsiniz:







Fikirlər