Nyu-Yorkdakı qəzada “Siemens”in direktoru ailəsi ilə birgə həlak olub...

nyu-yorkdaki-qezada-siemensin-direktoru-ailesi-ile-birge-helak-olub

Ötən gün Manhetten yaxınlığında Hudson çayında helikopterin qəzaya uğraması nəticəsində “Siemens” şirkətinin İspaniya və Cənub-Qərbi Avropa üzrə rəhbəri Aqustin Eskobar, həyat yoldaşı Merce Camprubi Montal və üç uşağı həlak olublar.

Xəbər verildiyinə görə, bu haqda “ABC News” məlumat yayıb.

Məlumata görə, helikopter havaya qalxdıqdan 15 dəqiqə sonra qəzaya uğrayıb. Belə ki, ailə İspaniyadan Nyu-Yorka gəlib və məşhur turist marşrutu üzrə helikopterlə şəhər üzərində gəzintiyə çıxıb. Qəzanın altıncı qurbanı 36 yaşlı pilot olub.

Xatırladaq ki, aprelin 10-da yerli vaxtla saat 15:17-də helikopter idarəetməni itirərək Hudson çayına düşüb. Polis 4 nəfərin cəsədini sudan çıxarıb. Hadisənin səbəbi araşdırılır. \“Qafqazinfo”

 

 






Fikirlər