300 bal yığan Sumqayıt məktəbliləri - FOTO
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri təhsil ictimaiyyəti tərəfindən müzakirə olunmaqdadır. Onların fotolarını təqdim edirik:
İmtahan iştirakçıları arasından 23 nəfərin 300 bal toplamaqla ən yüksək nəticəyə nail olması isə ən çox müzakirə olunan mövzudur.
Modern.az-ın məlumatına görə, 300 bal toplayan şagirdlərdən 2-si Sumqayıt məktəbliləridir. Bunlar Sumqayıt şəhərindəki 9 saylı orta məktəbin 11-ci sinif şagirdi Hüseynzadə Nuray Rafiq qızı və 34 saylı orta məktəbin 11-ci sinif şagirdi Məmmədli Aişə Qabil qızıdır.