Səidə Quliyeva: ""Molla Nəsrəddin" çəkilir, amma mənə heç bir təklif gəlməyib"
"Molla Nəsrəddin" çəkilir. O filmdə bütün türkdilli xalqlardan aktyor və aktrisalar çəkiləcək. Filmə başlamazdan 1-2 il əvvəl Vaqif Mustafayev mənə dedi ki, "Molla Nəsrəddin"i çəkəcəyəm, sən orada varsan, amma hansı rol olduğunu demədi. İndi artıq işlərə başlanılıb. Bilmirəm, çəkilişlər indi ,gedir, ya yox. Gedirsə də, başqa ölkələrdə gedir, amma mənə heç bir təklif gəlməyib. Yəqin ki, Azərbaycanda çəkiləndə mən də çəkilərəm". Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Səidə Quliyeva deyib. O, tamaşaların aşağı səviyyəli olduğunu, buna görə də rol təkliflərini qəbul etmədiyini qeyd edib: "Mən həmişə Vaqif müəllimin filmlərində oynamışam. Gələn təklifləri qəbul eləmirəm. Rejissorlar məni qane eləmir. Tamaşalar da çox aşağı səviyyəlidir. Mənə bir neçə tamaşada rol vermişdilər, xoşuma gəlmədi deyə razılaşmadım. İnsan gərək özünə qiymət verməyi bacarsın. Mən pula görə çəkilə bilərəm, amma mən heç vaxt prinsiplərimi pula dəyişmərəm. Mən həmişə sənətimi hər şeydən üstün tutmuşam".