03.05.2014. - “İlhamə Quliyeva mənim dünyamda yoxdur” - Məleykə

03.05.2014. -  “İlhamə Quliyeva mənim dünyamda yoxdur” - Məleykə Son zamanlar şou-biznesdə tac uğrunda mübarizə gedir.

"AzerTaym.az" xəbərdar.az-a istinadən xəbər verir ki, bir müddət öncə xalq artisti Məleykə Əsədova özünü səhnənin kraliçası adlandırdığı üçün xalq artisti İlhamə Quliyevanın sərt tənqidi ilə üzləşmişdi.

Xalq artisti Məleykə Əsədova bu məsələyə münasibət bildirərək onun adını eşitmək istəmədiyini söyləyib:

Mən “Kleopatra”nı oynamışam. Mənim sənətimə Heydər Əliyev kimi şəxsiyyət qiymət verib. İlhamə Quliyeva mənim dünyamda yoxdur. O adam haqqında mənə sual verməyin. Mən bu gün teatr səhnəsinin kraliçasıyam. Özümə ad qoymuram. Mənim gözəl adım var Məleykə...Öz qanadlarımın altında olan adamam. Məni Allahımın verdiyi işıq kraliça edib. Bir daha deyirəm, o, mənim dünyamda yoxdur”.






Fikirlər