NATƏVAN: “İLHAMƏ QURANA ƏL BASDI Kİ,...”

Azertay.az bildirir ki, Natəvan Həbibi bu gün Murad Arifin aparıcılıq etdiyi “Solo” verlişinin qonağı olan zaman son zamanlar baş verən qalmaqallar barədə danışıb. NATƏVAN: “İLHAMƏ QURANA ƏL BASDI Kİ,...”
O, bir çox mübahisəli məqamlara aydınlıq gətirib. Natəvan öz açıqlamasında Aygün Kazımovanın ona qarşı hərəkətlərinə görə hüquq mühafizə orqanları qarşısında cavab verəcəyini, eləcə də İlhamə Quliyevanın onun haqqında söylədiklərinin düzgün olmadığını bildirib.
“Əslində İlhamə Quliyeva mənə guya deyib ki, “sən sus, Aygün Xalq artistidir, ona hörmət et.” Hər hansı jurnalistin İlhamə Quliyevanın adından açıqlama yazması düzgün deyil.
İlhamə Quliyevanı xəstəxanada ziyarət etdim.
Orada İlhamə xanım Qurana əl basıb and içdi ki, “vallah mən elə bir söz deməmişəm o jurnalist özündən yazıb.” Kimsə bizim aramızı vurmaq istədisə də, yenə də alınmadı. İlhamə xanım elə bir söz deməyib. Sadəcə deyib ki, mehriban olun.”






Fikirlər