Şou-biznesdə yeni qalmaqal

Əməkdar artist Almaz Ələsgərova xarici şou-biznesə qatılan müğənnilərimizlə bağlı sərt fikir bildirib. O qeyd edib ki, heç bir müğənninin Türkiyənin şou aləminə qatıla bilmir.
Şou-biznesdə yeni qalmaqal

Azertaym.az Publika.az-a istinadən xəbər verir ki, Almaz Ələsgərova “Space” telekanalında yayımlanan “Şou+” verilişində qalmaqala səbəb olacaq digər açıqlamaları da verib.

“Heç bir müğənni gedib Türkiyə, Gürcüstan şou-biznesində məşhurlaşa bilməz. Buna heç biri imkan yaratmaz. Buna görə də istərdim ki, bizim müğənnilər də xarici ifaçıların gəlib burada tanınmasına imkan verməsinlər”, -deyə Almaz Ələsgərova əlavə edib.

Almaz Ələsgərova Xalq artisti Aygün Kazımovanın da ünvanına ittiham yağdırıb:

“Hanı, Aygün Kazımova var? Getdi bir klip çəkdirdi gəldi, çəkildi oturdu burda. Deyirlər ki, şirkətlə işbirliyinə başlayıb, amma ortada yoxdur. Aygün Kazımova ilə dostam, onu çox istəyirəm, bu sözlərimin münasibətə təsiri yoxdur”, - deyə Almaz Ələsgərova bildirib.






Fikirlər