Sərdar Ortaç toy tarixini açıqladı

Türkiyəli müğənni Serdar Ortaç bir neçə ildir sevgili olduğu Chloe Louqhan ilə evlənməyə qərar verib. Azertaym.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Kariyer Fashion Show 2013” moda sərgisində 35 məşhur model podiuma çıxıb, onların sırasında Serdarın nişanlısı Chloe də olub.

Ön sırada əyləşərək həvəslə sevgilisini izləyən Ortaç toy uzun müddətdir gözlənilən toy mərasiminin tarixini açıqlayıb:

“İlk işə başladığı günlərdə nişanlımın tez zamanda müvəffəqiyyətli bir model olacağını düşünmürdüm. Podiumda geyindiyi gəlinliyi çox bəyəndim. Amma bizim gəlinliyimiz çox daha gözəl olacaq. İnşallah toyumuz gələn il baş tutacaq. Chloe may ayında olsun istəyir” deyə bildirib.






Fikirlər