Əməkdar artistdən qalmaqallı açıqlama

“Efirə çıxarmağım üçün məndən rüşvət istədilər”
Əməkdar artistdən qalmaqallı açıqlama

“İndi zir-zibillər o qədər çoxalıb ki, biz yaddan çıxmışıq. Televiziya rəhbərləri indi qeyrətə gəlib. Allah onların ürəyinə Əli rəhmi salsın. Sənət adamlarının televiziyalarda görünməsi kanal rəhbərlərindən asılıdır. Onlar da bizi unudub. Onların işçiləri də özlərinə oxşayır”. Bunu AzNews.az-a Əməkdar artist Şüleyman Zeynalov dedi.
Əməkdar artistin sözlərinə görə, o, 2006-cı ildən AzTV-inin efirinə çıxa bilmir. Bunun səbəbini sözügedən telekanalın depertament rəhbəri Nadir Axundovla əlaqələndirdi: “Görün Süleyman kimin solisti olub? Heydər Əliyevin baldızının. Ondan o tərəfə adam yoxdur ki. Amma Nadir Axundov üzümə qarşı məndən rüşvət istədi. Sən kimsən? “Bezdarnı” qaboyçalan. Oturub AzTV-də ondan-bundan rüşvət alır, yoldan keçəni efirə çağırır. AzTV-nin qapısını əsl müğənni, sənət adamlarına qarşı bağlayıb. Biz evdə oturub nə gözləyirik? Faiq Ağayev kimi insanlar da səhnəmizdə var-gəl edir. Ondan rüşvət ala bilmir, amma Nadir Axundov əməlli-başlı məndən rüşvət istədi. O, bəyəm bilmir ki, mən heç yerdə işləmirəm? 37 ilin müğənnisi səhnəyə çıxmaq üçün rüşvət verməlidir? Mənim nəyim var axı ona verim? 2006-cı ildən sonra mən AzTV-nin efirinə həsrət qalmışam”.
S.Zeynalov Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevi də ittihamladı: “Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə görüşdüm. Onu tədbirlərin birindən çıxanda görüb yaxınlaşdım. Onun qəbuluna düşmək olmur. Əbülfəs Qarayevin qəbuluna ancaq Manana kimi adamlar düşür. Əbülfəsin nəyinə lazımdır Süleyman? Ona Mananalar, sənətdən bixəbər insanlar və əcnəbilər lazımdır. Bu günlərdə Zaurun verilişinə zəng etdim. Dedi ki, bu günün müğənniləri haqqında nə deyə bilərsən? Dedim ay kişi ağzını yaxala, müğənni yox, cındırlar. Onların sənətləri yoxdur.
Vaxtilə AzTV-dən düşmürdüm. Amma bu gün qurd-quşun əlində qalmışam. Görün vəziyyət hara çıxıbsa, Xalq artisti itini evləndirir. Gör nə günlərə qalmışıq. Kül onun başına. Süleyman kimi əjdahaya efir vaxtı vermirlər. Amma Səmədin efirdə itinə də yer verirlər. Kim haqqı deyirsə, ona dəli deyirlər”.






Fikirlər