“Sadval”ın rəhbərliyi ilə görüşmüşəm”

Zərdüşt Əlizadə: “Onların hamısının Azərbaycana qarşı heç bir bəd niyyəti yoxdur ”
“Sadval”ın rəhbərliyi ilə görüşmüşəm”

“Azərbaycanda ictimai rəydə çox böyük yanlışlıqlar var. Bütün “Sadval”çıları separatçı saymaq düzgün deyil”. Bunu politoloq Zərdüşt Əlizadə sadvalçıların fəallaşması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“Sadval” təşkilatının ləzgi xalqının milli-mədəni hüquqlarının müdafiəçisi kimi yarandığı qeyd edən politoloq vaxtilə onların rəhbərliyi ilə görüşdüyünü də deyib. “Bu görüşdən sonra belə qənaətə gəlmişəm ki, onların Azərbaycana qarşı heç bir bəd niyyəti yoxdur. Rusiya hökumətinin Azərbaycana qarşı təxribatçılıq, etnik ayrı-seçkilik siyasətinin olduğunu danmıram. Ancaq Rusiyada və Azərbaycanda yaşayan ləzgilərin Rusiyanın siyasətinin qurbanı olduğunu demək olmaz. Sadəcə olaraq Rusiyada və ölkəmizdə yaşayan ləzgilər bir-biri ilə mədəni, iqtisadi əlaqələr saxlaması üçün Rusiya dövlətinin verdiyi imkanlardan istifadə edirlər”.
Xatırladaq ki, “Sadval” təşkilatı 1991-ci ildə Dərbənddə yaradılıb. Bir müddət sonra fəaliyətini dayandırmış təşkilat yenidən fəaliyyətini bərpa edib.






Fikirlər