Rusiya hədsiz şişirdilir?
“Rusiyanın adını çox hallandırıb, onun fəaliyyətini çox da şişirtmək lazım deyil”. Siyasi şərhçi Vəfa Quluzadə son günlərdə Rusiyanın adı hallanan bəzi məsələlərə aydınlıq gətirərkən bu sözləri deyib. “Rusiyanın mövqeyi ortadadır, amma onu bu qədər şişirtmək də olmaz axı. Deyirlər ki, Rusiyada milyarderlər ittifaq yaradıb nəsə etmək istəyirlər. Milyarderlər yığışıb ittifaq yaradıb nə iş görüblər? Milyarderlər arasındakı şəxslərdən biri də prezidentin qudasıdır. Bütün bunları şişirtməyə dəyməz” - deyən politoloq qeyd olunanları təzyiq hesab etmir: “Mən bunu böyük təzyiq də hesab etmirəm. Çünki Azərbaycan bütün bunların hamısının qarşısında dayana biləcək gücdədir”.