Primadonna müğənnilərin “Razborka”sına qoşuldu
Bu haqda Axşam.az saytına açıqlama verən İ.Quliyeva xalq artistini təhqir edən Natavanın cavabını verib. O, heç bir təhqiramiz sözün arxasında durmadığını bildirib: “Mən prezident deyiləm ki, kiməsə titul verəm. Bu adlar sevdiyim insanlara xoş müraciətimdir. Natavana “prinsessa” demişəm. Bu ona haqq qazandırmır ki, gedib xalq artisti Aygün Kazımovanı təhqir etsin. Natavana demək istəyirəm ki, verdiyim tituldan, adımdan istifadə edib, başqalarına nalayiq sözlər deməsin. Xalq artistinin şərəf və ləyaqətinə heç kəs toxunmamalıdır. Hər zaman demişəm: sizdən böyük sənətkara hörmət edin. Natavanın söylədiyi heç bir sözün arxasında dayanmıram. Bunu özümə yaraşdırmaram. Onun Aygün Kazımovanın ünvanına dediyi sözlərin əleyhinəyəm. Demək istəyirəm ki, Natavan Aygünə hörmət etməlidir. Ümumiyyətlə, xalqın sənətkarlarına hörmət etmək lazımdır. Natavan sussun otursun yerində. Böyüyü təhqir etməzlər. Hamısına sözüm odur ki, mehriban olsunlar, dalaşmaq lazım deyil”.