İlhamə Quliyevanın Nazpərini təhqir etmədiyi məhkəmədə isbatlandı
Bu barədə Axşam.az saytına xalq artisti İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov məlumat verib.
Məhkəmə prosesi zamanı sübuta yetirilib ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanın ünvanına heç bir böhtan, şər, şərəf və ləyaqəti alçaldacaq ifadələr söyləməyib. Bununla belə, məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekpertizaya göndərilməsinə qərar verib. Məhkəmə prosesində İ. Quliyevanın hüquqlarını vəkil Ceyhun Cəfərov və tanınmış hüquqşünas Habil Vəliyev müdafiə edib.
Növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, Nazpəri Dostəliyeva xalq artisti İlhamə Quliyevanın ATV kanalında yayımlanan “Ümid var” verilişində onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələr işlətdiyini bildirmişdi. Nazpəri Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə İ. Quliyevadan 200 min manat pul təzminatının tələb olunmasını istəyirdi.