İlhamə Quliyeva adının çəkilməsinə qadağa qoydu
Azertaym.az xəbər verir ki, bunu İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli deyib.
F Ələkbərli bildirib:
“Natəvana demək istəyirəm ki, İlhamə xanım heç kimdən çəkinmir ki, onun yanında Qurana əl bassın. O, hər sözünün arxasında duran, nə danışdığını çox gözəl bilən sənətkardır. Odur ki, bundan sonra öz nüfuzunu qaldırmaq, reytinq qazanmaq üçün heç bir sənətçi İlhamə xanım Quliyevanın adını çəkməsin. Bu son xəbərdarlıqdır. Bir daha hər hansı bir şəxs İlhamə xanımın adından istifadə edib, həqiqətə uyğun olmayan açıqlamalar versə, qanun qarşısında cavab verəcək”.