OBAMA IKI VARISININ ADINI ÇƏKDI

OBAMA IKI VARISININ ADINI ÇƏKDIABŞ prezidenti Barak Obama belə düşünür ki, vitse-prezident Cozef Baydenin və keçmiş dövlət katibi Hillari Klintonun 2016-cı ildə keçiriləcək prezident seçkilərində qalib gəlmək şansları var. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu NBC telekanalına Barak Obama deyib: “Onlar hər ikisi - Hillari və Co məşhur liderlər ola bilərlər, onların bunun üçün lazım olan bütün keyfiyyətləri var”.

Baydenin tarixə ən yaxşı vitse-prezidentlərdən biri kimi düşəcəyini düşünən prezident ona hər sərt qərarını dəstəklədiyi üçün təşəkkürünü bildirib. Klintona gəldikdə, Obama onu indiyədək bu postu tutanlar arasında ən gözəl dövlət katibi adlandırıb.






Fikirlər