Obamanın iti qəhrəman oldu

ABŞ prezidentinin iti Yeni İl bayramının atributuna çevrilib
Obamanın iti qəhrəman oldu

ABŞ-da ikinci dəfə prezident seçilən Barak Obamanın “Bo” adlı iti bu il Ağ evin Yeni İl bayramı bəzəklərinin əsas leytmotivi olub. Bu gün Obamanın xanımı Mişel Obama hərbçilərin ailələri üçün prezident iqamətgahında ənənəvi ekskursiya keçirib.
Belə ki, "Bo"nun şəkilləri bir çox yolka əşyalarında həkk edilib, eləcə də qonaqların uşaqları üçün də bişirilən peçenyelər "Bo" şəklində hazırlanıb, bundan başqa "Bo"nun qırmızı bayram papağında olan başqa bir şəkli isə Ağ evin ən fəxri guşələrindən birində yerləşdirilib.
Obamanın uşaqları təkcə "Bo" ilə sevinməyiblər. Ən maraqlısı Ağ evin aşbazı Bill Yossesin hazırladığı prenik Ağ ev formasında olub. 136 kq-lıq bu nəhəng evi hazırlamaq üçün təxminən 80 kq prenik və 22 kq şokolad lazım gəlib. Lakin Ağ ev bu dəfə ağ rəngdə deyil, qum rəngində olub. Bu isə administrativ binanın 1798-ci ilə qədərki rəngi olub. “"Bo" demək olar ki, bu ev kimi böyükdür. O, görkəmli şəxsiyyətdir,”- "Bo" ilə ekskursiya keçən Mişel Obama zarafatla bildirib.






Fikirlər