Sarkozinin partiyasında qalmaqal

Sarkozinin partiyasında qalmaqal
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin sağ-mərkəzçi “Xalq Hərəkatı Uğrunda Birlik” partiyasında yeni sədr seçmək üçün seçkilər keçirilib.
Səsvermədə partiyaya rəhbərlik etmək üçün sədr seçmək mümkün olmayıb və namizədlər seçkilərdə saxtakarlıq hallarının baş verdiyini iddia edib.
Mühafizəkar “Xalq Hərəkatı uğrunda Birlik” partiyasının 2010-cu ildən bəri baş katibi olan Jan Fransua Kope və Fransanın keçmiş baş naziri Fransua Fiyonun hər ikisi partiyadaxili seçkilərdə qalib gəldiklərini iddia edir.
Qeyd edək ki, partiya may ayındakı prezident seçkilərdə Sarkozinin məğlub olmasından sonra başsız qalıb. Bazar günü keçirilən seçkilərdə partiyanın 300 min üzvünün yarısından çoxu iştirak edib.






Fikirlər