Əsas Səhifə > Dünya, Slayd > “Sənin xəlifəliyin sona çatır” -İŞİD-dən Ərdoğana: Video
“Sənin xəlifəliyin sona çatır” -İŞİD-dən Ərdoğana: Video31-10-2014, 15:37 |
![]() İŞİD terror təşkilatı internetdə yayımladığı bir videoda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı açıq-aşkar təhdid edir. Belə ki, İŞİD Ərdoğana xitabən “sənin xəlifəliyin sona çatdı” deyir. Təxminən 2,5 dəqiqəlik videoda Əfqanıstanda müsəlmanlara qarşı başladılan “Xaç Yürüşündə” Türkiyənin yaxından iştirak etdiyi deyilir: “Türkiyə müsəlmanlara qarşı keçirilən əməliyyatda NATO hərbi qüvvələrinin komandiri idi. Bu gün də ABŞ-ın başçılığı altında qurulan şeytan koalisiyası ilə birlikdə hərəkət edir”. Videonun axırında “müsəlman qardaşların xəlifəsi Ərdoğana mesaj” başlığında bir yazı verilib: “Sənin xəlifəliyin dövrü sona çatır. Türkiyə təkbirə gələcək və heç kim bizə mane ola bilməyəcək. Allahın gücü sizin şeytani koalisiyanızda daha güclüdür. Görəcəksiniz”. Geri qayıt |