“Sənin xəlifəliyin sona çatır” -İŞİD-dən Ərdoğana: Video

“Sənin xəlifəliyin sona çatır” -İŞİD-dən Ərdoğana: Video İŞİD terror təşkilatı “youtube.com” videopaylaşma saytında yerləşdirdiyi videoda Türkiyə prezidenti Ərdoğana “sənin xəlifəliyin sona çatdı” xəbərdarlığı edib

İŞİD terror təşkilatı internetdə yayımladığı bir videoda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı açıq-aşkar təhdid edir.

Belə ki, İŞİD Ərdoğana xitabən “sənin xəlifəliyin sona çatdı” deyir.

Təxminən 2,5 dəqiqəlik videoda Əfqanıstanda müsəlmanlara qarşı başladılan “Xaç Yürüşündə” Türkiyənin yaxından iştirak etdiyi deyilir: “Türkiyə müsəlmanlara qarşı keçirilən əməliyyatda NATO hərbi qüvvələrinin komandiri idi. Bu gün də ABŞ-ın başçılığı altında qurulan şeytan koalisiyası ilə birlikdə hərəkət edir”.

Videonun axırında “müsəlman qardaşların xəlifəsi Ərdoğana mesaj” başlığında bir yazı verilib: Sənin xəlifəliyin dövrü sona çatır. Türkiyə təkbirə gələcək və heç kim bizə mane ola bilməyəcək. Allahın gücü sizin şeytani koalisiyanızda daha güclüdür. Görəcəksiniz”.







Fikirlər