Əsas Səhifə > Dünya, Slayd > Qroznı yenə "qan çanağı"na döndü - 3 polis öldürüldü
Qroznı yenə "qan çanağı"na döndü - 3 polis öldürüldü4-12-2014, 10:16 |
![]() RİA Novosti agentliyinə istinadən bu barədə Rusiyanın Çeçenistan üzrə DİN mətbuat xidmətinin nümayəndəsi məlumat verib. Bundan öncə hüquq-mühafizə orqanlarındakı mənbə Ria Novostiyə bildirib ki, üç polis əməkdaşı qanunsuz silahlı birləşmənin iştirakçıları olan maşını saxlamaq istəyərkən həlak olublar. "İlkin məlumatlara görə, binada beş-altı döyüşçü mühasirəyə alınıb. Hazırda polislər onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirirlər", - DİN mətbuat xidmətinin nümayəndəsi bildirib. Mətbuat evinin yaxınlığında atışma davam edir. DİN-dən bildiriblər ki, vəziyyət hüquq mühafizə orqanları əməkdaşlarının nəzarəti altındadır, yaraqlıların bütün mümkün geriyə çəkilmə yolları bağlanılıb. Geri qayıt |