Qroznı yenə "qan çanağı"na döndü - 3 polis öldürüldü
Qroznının mərkəzindəki Mətbuat evində polis əməkdaşları tərəfindən altı yaraqlı mühasirəyə alınıblar.
RİA Novosti agentliyinə istinadən bu barədə Rusiyanın Çeçenistan üzrə DİN mətbuat xidmətinin nümayəndəsi məlumat verib.
Bundan öncə hüquq-mühafizə orqanlarındakı mənbə Ria Novostiyə bildirib ki, üç polis əməkdaşı qanunsuz silahlı birləşmənin iştirakçıları olan maşını saxlamaq istəyərkən həlak olublar.
"İlkin məlumatlara görə, binada beş-altı döyüşçü mühasirəyə alınıb. Hazırda polislər onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirirlər", - DİN mətbuat xidmətinin nümayəndəsi bildirib.
Mətbuat evinin yaxınlığında atışma davam edir. DİN-dən bildiriblər ki, vəziyyət hüquq mühafizə orqanları əməkdaşlarının nəzarəti altındadır, yaraqlıların bütün mümkün geriyə çəkilmə yolları bağlanılıb.