Əsas Səhifə > Dünya > Ruhani YENƏ Amerikanı

Ruhani YENƏ Amerikanı


13-12-2017, 15:08

"ABŞ Yaxın Şərqdə heç vaxt ciddi vasitəçi olmayacaq".

Modern.az xəbər verir ki,  bunu İran prezidenti Həsən Ruhani "Twitter"dəki səhifəsində yazıb.

Onun yazdığına görə, ABŞ-ın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması barədə qərarı Fələstin tərəfinin hüquqlarına hörmətsizlikdir. 

"Bu, Birləşmiş Ştatların Yaxın Şərqdə sülh prosesində heç vaxt ciddi vasitəçi ola bilməyəcəyini sübut edir".

Qeyd edək ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilir.


Geri qayıt