Ruhani YENƏ Amerikanı İTTİHAM ETDİ
"ABŞ Yaxın Şərqdə heç vaxt ciddi vasitəçi olmayacaq". Modern.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani "Twitter"dəki səhifəsində yazıb. "Bu, Birləşmiş Ştatların Yaxın Şərqdə sülh prosesində heç vaxt ciddi vasitəçi ola bilməyəcəyini sübut edir". Qeyd edək ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilir.
Onun yazdığına görə, ABŞ-ın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması barədə qərarı Fələstin tərəfinin hüquqlarına hörmətsizlikdir.