Əsas Səhifə > Dünya, Slayd > “Putinin sonu dəhşətli olacaq...”
“Putinin sonu dəhşətli olacaq...”2-01-2015, 01:56 |
![]() Musavat.com-un məlumatına görə, bu fikir nüfuzlu “The Wall Street Journal” redaksiya məqaləsindəndir. “Onun kobud əli ilk baxışda on illik təlatümlərdən sonra sabitliyi bərqərar elədi, ancaq yalnız ona görə ki, 2014-cü ilin sonunda özünün “böyük qarışıqlığına” stimul versin. Putin vergi ödəmə sistemini rasionallaşdırdı, fəqət, Rusiyanın modernləşməsi üçün faktiki heç nə eləmədi”, – deyə müəllif yazır. Onun qənaətincə, Putin həqiqi seçkilərdə heç vaxt qələbə çalmayıb və millətin sevgisini qazanmayıb. “Cari xoşagəlməzlikləri onunla tez-tez söhbət edən insanları inandırıb ki, Putin pis psixi durumda, panika və çaxnaşma içindədir. O, öz xalqına və qonşularına zədə yetirib. 2015-ci ildə və ya az sonra bu hökmdarın sonu gələcək. Belə bir sonluq heç şübhəsiz, dəhşətli olacaq” – əminliklə yazır müəllif. (Musavat.com) Geri qayıt |