Əsas Səhifə > Dünya > TÜRKİYƏ qırıcıları Afrinə
TÜRKİYƏ qırıcıları Afrinə16-03-2018, 16:06 |
Türkiyə qırıcıları Afrin əhalisinə havadan bildiriş atıb. Axar.az xəbər verir ki, kürd və ərəb dillərində yazılmış bildirişlərdə mülki insanlara terrorçu mövqelərindən uzaq durmaları barədə xəbərdarlıq edilib. “Dəyərli afrinli qardaşlarımız, PKK-YPG-PYD-İŞİD terrorçuları illərdir sizə və bizə maddi-mənəvi ziyan vurur, sizləri evlərinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum edir. Terrorçulara “dayan” deməyin vaxtı çatmışdır”, - bildirişdə yazılıb. Bildirişdə həmçinin Afrindən ayrılmaq istəyənlərin təhlükəsizliyini TSQ-nın təmin edəcəyi də bildirilib. Qeyd edək ki, bundan öncə Afrin radiosu ilə afrinlilərə müraciət edilmişdi. Geri qayıt |