TÜRKİYƏ qırıcıları Afrinə BİLDİRİŞ ATDI
Türkiyə qırıcıları Afrin əhalisinə havadan bildiriş atıb. Axar.az xəbər verir ki, kürd və ərəb dillərində yazılmış bildirişlərdə mülki insanlara terrorçu mövqelərindən uzaq durmaları barədə xəbərdarlıq edilib. “Dəyərli afrinli qardaşlarımız, PKK-YPG-PYD-İŞİD terrorçuları illərdir sizə və bizə maddi-mənəvi ziyan vurur, sizləri evlərinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum edir. Terrorçulara “dayan” deməyin vaxtı çatmışdır”, - bildirişdə yazılıb. Bildirişdə həmçinin Afrindən ayrılmaq istəyənlərin təhlükəsizliyini TSQ-nın təmin edəcəyi də bildirilib. Qeyd edək ki, bundan öncə Afrin radiosu ilə afrinlilərə müraciət edilmişdi.