“Azərbaycanın tələblərinin yerinə yetirilməsi mütləqdir”

“Azərbaycanın tələblərinin yerinə yetirilməsi mütləqdir”

Azərbaycan sülh sazişinin imzalanması üçün Minsk qrupunun ləğvini və Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının ortadan qaldırılmasını tələb edir. Sülh müqaviləsinin imzlanması üçün bu tələblərin yerinə yetirilməsi mütləqdir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, bunsuz sülh müqaviləsinin imzalanması mümkünsüzdür:

“Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı ortaya qoyduğu mövqe son dərəcə aydın, anlaşılan və birmənalıdır. Əgər bu tələblər yerinə yetirilərsə, o zaman sülh müqaviləsinin imzlanması üçün heç bir əngəl qalmaz. Azərbaycanın irəli sürdüyü tələblər regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olması baxımından son dərəcədə önəmlidir. Bu tələblərin yerinə yetirilməsi Ermənistanın da maraqlarına uyğundur.

Əgər İrəvan sülh istəyirsə, o zaman bu tələbləri yerinə yetirməli, bununla da həqiqətən də sülh istədiyini əməli baxımdan təsdiqləməlidir”.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər