Ukraynanın Sumı şəhərinə raket hücumu - 31 ölü, 80-dən çox yaralı...
Aprelin 13-də səhər saatlarında Ukraynanın Sumı şəhəri raket hücumuna məruz qalıb. “AzerTaym.az" ölkə.az-a istinadən xəbər verir ki, Rusiyanın hücumu nəticəsində iki uşaq olmaqla 31 nəfər həlak olub. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. Onun sözlərinə görə, 10-u uşaq olmaqla 80-dən çox insan xəsarət alıb. Fövqəladə hallar xidməti hadisə yerində işlərini davam etdirir.