Gözlənilən qərar imzalanır? - AÇIQLAMA...
Nikol Paşinyanın sülh müqaviləsinin 16 bəndindən 13-nün razılaşdırıldığını bildirməsi sülh prosesinin irəlilədiyini göstərir. Bu, COP-29 tədbirinə qədər sülh sazişinin imzalanması üçün bir ümid yaradır. Lakin son üç bəndin həlli üçün qarşıda ciddi müzakirələr tələb oluna bilər. COP-29-a qədər sülh sazişi imzalana bilər, amma bu, tərəflərin son razılığa nə qədər tez gəlməsindən asılı olacaq. Həmçinin, beynəlxalq təzyiqlər və regional vəziyyət də bu prosesə təsir edə bilər. Ermənistanla sülh sazişi imzalandığı təqdirdə, quru sərhədlərin açılması ehtimalı yüksəkdir. Bu, sülh prosesinin mühüm nəticələrindən biri ola bilər. Sərhədlərin açılması həm iqtisadi, həm də humanitar baxımdan böyük əhəmiyyət kəsb edir. Lakin bu qərarın həyata keçirilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın qarşılıqlı anlaşma və güvən əsasında addımlar atması lazımdır. Maraqlıdır, hazırda sülhün əldə olunması üçün real şanslar varmı? Məsələ ilə bağlı danışan politoloq Oqtay Qasımov News24.az-a açıqlamasında bildirib ki, hazırki vəziyyətdə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağını düşünülmür: “Paşinyanın da bildirdiyi kimi 16 maddədən 13-ü razılaşdırlıb. Sülhə əngəl törədən əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasıdır. Azərbaycan Ermənistan konstitusiyasında həmin maddənin çıxrılmasını tələb edir. Hələlik Ermənistan bununla bağlı real bir addım atmır. COP 29-a qədər tərəflər arasında hər hansı bir çərçivə sazişinin imzalanması realdır. Bizim Ermənistandan bu günə qədər gördüyümüz sadəcə verilən bəyanatlardır”. Politoloq qeyd edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasını çıxarmadan iki ölkə arasında yekun bir sülhün əldə olunması real görünmür. Onun sözlərinə görə, yekun və tam sülhün imzalanması üçün Ermənistan Azərbaycanın şərtlərinə əməl edib öhdəlikləri yerinə yetirməlidir. Oqtay Qasımov əlavə edir ki, sərhədlərin bağlı qalması ilə bağlı uzun zamandır müzakirə olunan mövzuya da toxunub. O, deyib ki, Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərini bağlı saxlaması Ermənistanla sülh müqaviləsinin imzalanamasına görə deyil: “Quru sərhdələrin bağlı qalması sülh müqaviləsi ilə əlaqəli deyil. Ən azı iki ölkə arasında bir çərçivə sənədi imzalanarsa, bu o deməkdir ki, prosesdə ciddi bir mərhələ başa çatıb. Quru sərhədlər məsələsi, məncə, tamamilə fərqli bir səbəbə görə bağlıdır”.