"ZEYTUN BUDAĞI"nın 40-cı günü - TERRORÇULARIN dəhşət YAŞADIĞI DAHA BİR GECƏ
Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatı 40-cı gününə qədəm qoyub. Publika.az xəbər verir ki geridə qalan 39 gündə 2083 terrorçu məhv edilib. Birləşmiş qüvvələr özəl birliklərin də dəstəyilə dünən Afrinin mərkəzinə doğru irəliləyərkən Raco dağının ətəyində təsbit edilən hədəflər havadan və qurudan bombardman edilib. TSQ və ASO terrorçuların havanın kəskin yağışlı və çənli olmasından istifadə edərək girə biləcəyi hər yeri bombardman və təzyiq altında saxlayıb. Terrorçulardan təmizlənən son kəndlərlə şimaldakı bütün cəbhələr birləşmiş oldu. Bir neçə mövqenin ələ keçirilməsindən sonra terrorçuların Türkiyə sərhədi ilə əlaqələri tamamilə kəsiləcək. Hərəkatda növbəti hədəfi Afrin bölgəsindəki terrorçuların Hatay sərhədi ilə qurudan təmasının kəsilməsi və “təhlükəsizlik hilalı”nın yaradılmasıdır. Hərəkat havadan qırıcılar, qurudan isə tank atışları ilə davam etdirilir.