Terrorçuların "mehmetçik"lərə qarşı qurduğu XAİN PLAN

Terrorçuların "mehmetçik"lərə qarşı qurduğu XAİN PLAN - "Zeytun budağı"nın 34-cü günü

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrində terrorçulara qarşı birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 34-cü gününə qədəm qoyub.

Publika.az xəbər verir ki, hərəkatın 33-cü günündə birləşmiş qüvvələr daha iki kəndi PKK/YPG qüvvələrindən təmizləyib.

Afrin şəhərinin şimal-şəqrindəki Uverkan kəndinin ələ keçirilməsi ilə hərəkat cənuba doğru dərinləşməyə başlayıb. Bölgəyə Jandarm Özəl Hərəkatı və Polis Hərəkatı Komandaları göndərilib.

Hərəkat çərçivəsində Afrinin qərb və şimal hissələrində məskunlaşan terrorçulara aid mövqelər, qırıcı təyyarələr bombardman edilib.

TSQ VƏ ASO hərəkatın başlanğıcından bəri YPG/PKK-İŞİD-in nəzarətində olan Afrində 63 kənd, 6 kəndətrafı məskunlaşma yeri və 20 strateji dağ, biri YPG/PKK-ya aid hərbi baza olmaqla, 91 nöqtəni işğalçılardan azad edib.

“Zeytun budağı” hərəkatı çərçivəsində ələ keçirilən kəndlərdə terrorçuların partlayıcı maddələri evlərin içinə və yollara quraşdırdığı məlum olub. Cinderes bölgəsindəki evlərin birində partlayıcı maddələr xalçanın altına şəbəkə formasında yerləşdirilib. Evin fərqli nöqtələrinə yerləşdirilən bombaların bir-birinə naqillər vasitəsilə əlaqələndirildiyi ortaya çıxıb. Bu pusqu evə daxil olub xalaçaya addım atan zaman işə düşəcək şəkildə hazırlanıb.

 






Fikirlər