Əsas Səhifə > Dünya, Slayd > Con Kerri: "İNŞALLAH"
Con Kerri: "İNŞALLAH"31-03-2015, 23:32 |
ABŞ dövlət katibi İsveçrənin Lozana şəhərində mağazada alış-veriş edərkən ona yaxınlaşan iranlı qızın "Tehranla razılıq əldə edəcəksiz" sualına ərəbcə "İnşallah" deyərək cavablayıb. "AzerTaym.az" Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. Nüvə proqramı ilə bağlı İranla aparılan danışıqlarda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa-Almanya xarici işlər nazirləri iştirak edirlər. Tərəflər bu gün razılıq əldə edəcəklərinə ümid bəsləyirlər. Geri qayıt |