Con Kerri: "İNŞALLAH"

Con Kerri: "İNŞALLAH"ABŞ dövlət katibi İsveçrənin Lozana şəhərində mağazada alış-veriş edərkən ona yaxınlaşan iranlı qızın "Tehranla razılıq əldə edəcəksiz" sualına ərəbcə "İnşallah" deyərək cavablayıb.


"AzerTaym.az" Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Nüvə proqramı ilə bağlı İranla aparılan danışıqlarda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa-Almanya xarici işlər nazirləri iştirak edirlər.

Tərəflər bu gün razılıq əldə edəcəklərinə ümid bəsləyirlər.






Fikirlər