Əsas Səhifə > Dünya > HƏBİB Nurməhəmmədova ağır itki
HƏBİB Nurməhəmmədova ağır itki25-11-2018, 06:30 |
Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun babası dünyasını dəyişib. Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı idmançının meneceri Əli Əbdül-Əziz məlumat yayıb. O, "Instagram” səhifəsində yazıb: "Hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq”. Daha öncə Həbib UFC 223 turnirindən qayıtdıqdan sonra babasını ziyarət etmişdi və çempionluq kəmərini onun çiyninə salmışdı. Geri qayıt |