HƏBİB Nurməhəmmədova ağır itki ÜZ VERDİ (FOTO)

Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun babası dünyasını dəyişib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı idmançının meneceri Əli Əbdül-Əziz məlumat yayıb.

O, "Instagram” səhifəsində yazıb: "Hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq”.

Daha öncə Həbib UFC 223 turnirindən qayıtdıqdan sonra babasını ziyarət etmişdi və çempionluq kəmərini onun çiyninə salmışdı.






Fikirlər