Əsas Səhifə > Dünya > Ukraynada HƏRBİ VƏZİYYƏT rəsmən
Ukraynada HƏRBİ VƏZİYYƏT rəsmən28-11-2018, 14:05 |
Ukrayna Ali Radasının spikeri Andrey Parubiy ölkədə hərbi vəziyyətin elan olunması barədə prezident Pyotr Poroşenkonun parlamentə göndərdiyi qanun layihəsini imzalayıb. AzerTaym.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qanun imzalanması üçün Ukrayna prezidentinə təqdim olunacaq. Hərbi vəziyyət Ukraynanın 10 vilayətində noyabrın 26-sı saat 14:00-dan 26 dekabr saat 14:00-a qədər davam edəcək.
Geri qayıt |