Ukraynada HƏRBİ VƏZİYYƏT rəsmən ELAN OLUNDU
Ukrayna Ali Radasının spikeri Andrey Parubiy ölkədə hərbi vəziyyətin elan olunması barədə prezident Pyotr Poroşenkonun parlamentə göndərdiyi qanun layihəsini imzalayıb. AzerTaym.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qanun imzalanması üçün Ukrayna prezidentinə təqdim olunacaq. Hərbi vəziyyət Ukraynanın 10 vilayətində noyabrın 26-sı saat 14:00-dan 26 dekabr saat 14:00-a qədər davam edəcək.