Poroşenko Ukrayna ərazisində HƏRBİ VƏZİYYƏTİN tətbiq olunması barədə qərar QƏBUL EDİB

Ukrayna prezidenti Petro Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib.

"Report" "112 Ukrayna"ya istinadən xəbər verir ki, bu haqda o, Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında bildirib.

Poroşenko Ali Baş Komandan kimi hərbi vəziyyəti bəyənmək xahişi ilə deputatlara müraciət edib. Prezident söz verib ki, bu rejim əhalinin təcili səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinovun sözlərinə görə, bir gün əvvəl prezident tərəfindən çağırılmış hərbi kabinet təsdiqləyib ki, Rusiya hərbçilərinin Ukraynanın Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktından başqa heç nə deyil.

Daha əvvəl Ukraynanın Hərbi Dəniz Qüvvələrləri Rusiyanı gəmi qrupuna atəş açmaqda ittiham edib.






Fikirlər