UKRAYNA donanması RUSİYAYA niyə təslim oldu? - SENSASİYALI İDDİA

Ukrayna donanması Rusiyaya niyə təslim oldu? - SENSASİYALI İDDİA

“Ukrayna donanması Krımın Rusiyaya birləşməsi zamanı Kiyevə ordunu hazır vəziyyətə gətirməyə vaxt tapması üçün özünü qurban verdi”.

Publika.az xəbər verir ki, bunu “112 Ukrayna” telekanalına müsahibəsində Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin komandanının köməkçisi Marina Kanalyuk bildirib.

“Biz belə vəziyyətdə yuxarı strukturlara Ukrayna Silahlı Qüvvələrinin tətbiqi üçün şərait yaratmağa imkan vermək məqsədi ilə vaxtı uzadırdıq. Bizimlə danışıqlara Rusiyanın güc idarələrinin bütün ali icraçıları gəlirdilər. Biz bir aya qədər vaxtı uzatdıq. İnanın, bu, çətin idi. Və nəticədə Ukrayna Silahlı Qüvvələri anti-terror güclərindən istifadənin mexanizmini fikirləşdi. Amma Hərbi-Dəniz Qüvvələri, faktiki olaraq, Ukraynaya bütün hərbi gücünü toplamağa imkan vermək üçün özünü qurbana verdi”, - Kanalyuk deyib.

O qeyd edib ki, donanma Ali Baş Komandan və müdafiə nazirinin yoxluğunda hərəkət etməli oldu. Kanalyuk yerli Daxili İşlər Nazirliyi və silahlı qüvvələrin demək olar ki, birdən Rusiyanın tərəfinə keçdiyini vurğulayıb.

Qeyd edək ki, Krımın Rusiya tərəfindən ilhaqından sonra Ukrayna donanmasına məxsus gəmilərin çox hissəsi Rusiyanın Hərbi-Dəniz Donanmasının bayrağını qaldırıblar. Moskva 2014-cü ilin yazında hərbi və köməkçi gəmilərinin bir hissəsini Kiyevə verib. Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin yanvarında Krımda qalmış hərbi texnikanı Ukraynaya qaytarmağı təklif edib. Ukrayna lideri Pyotr Poroşenko cavabında bildirib ki, Kiyev gəmiləri yalnız yarımada ilə birlikdə qəbul etməyə hazırdır.

Xatırladaq ki, Krım 2014-cü ilin martında keçirilmiş referendumdan sonra Rusiyaya birləşdirilib. Krım yarımadanı müvəqqəti işğal edilmiş ərazi hesab edir. Qərb, o cümlədən ABŞ, BMT və Avropa İttifaqı Krımın ilhaqını tanımır. Rusiya prezidentinin sözlərinə görə, Krım məsələsi “qəti bağlanıb”.






Fikirlər