28.05.2014. - Ukrayna Rusiyaya 2 gün vaxt verdi
Ukrayna baş naziri Arseni Yatsenyuk Rusiyaya xəbərdarlıq edib.
Baş nazir deyib ki, mayın 29-na qədər “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz” şirkəti ilə qazın qiymətinin aşağı salınmasına dair müqavilə imzalamasa, rəsmi Kiyev Stokholm Arbitraj Məhkəməsinə müraciət edəcək. “Biz üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”, Arseni Yatsenyuk deyib.
Ukrayna maliyyə naziri Aleksandr Şlapak isə bəyan edib ki, rəsmi Kiyev Rusiyaya qaz nəqli ilə bağlı borclarını ödəməyə hazırdır. Lakin Rusiyanın Ukraynaya nəql etdiyi qazın qiymətində qeyri-müəyyənlik var.