Putin: "Ukraynaya satılan qazın qiymətinin aşağı salınması müvəqqətidir"
Ukraynaya satılan qazın qiymətinin aşağı salınması müvəqqəti xarakter daşıyır.
Azertaym.az-a verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putun Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında deyib. "Ukrayna bizə qardaş respublikadır. Ona görə biz onların çətin günündə yardım əlimizi uzatmalıyıq".
Onun sözlərinə, Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşümüz zamanı Ukrayna üçün sərfəli müzakirələrimiz oldu, xüsusilə onlara satılan qazın qiymətinin aşağı salınması hər iki ölkə üçün faydalı oldu.