"Xalq yığıncağı" başladı, Maydana on minlərlə insan toplaşıb

Kiyevdə keçirilən mitinqdə 20 minə yaxın insan iştirak edir, asayişin qorunmasına 5 minə yaxın milis cəlb edilib
"Xalq yığıncağı" başladı, Maydana on minlərlə insan toplaşıb Ukrayna müxalifəti paytaxt Kiyevdə maraqlı fləşmob keçirib. "Ukrayna xalqının səssiz yürüşü" adlanan fləşmoba qatılanlar ağızlarını qara lentlərlə bağlayıblar.
"Udar" partiyasının gənclər qanadının koordinatoru Dmitri Biloserkovun sözlərinə görə, aksiyada 100-ə yaxın insan iştirak edib. "Biz Maydanda, prezident admnistrasiyasında olan jurnalistlərə, eləcə də hökumətin guya ki, ağzını bağlamağa çalışdığı bütün Maydan fəallarına dəstək nümayiş etdirmək istəyirdik".

Bu arada artıq "xalq yığınacağı"nın keçiriləcəyi əraziyə minlərlə insan toplaşıb. Azertaym.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, insanlar Maydanı və ərtaf küçələri tamamilə doldurublar. Aksiyaçıların əllərində Ukrayna və partiyaların bayraqları var. Əvvəlcə onlar Ukraynanın himnini ifa edib, dualar dinləyiblər.

Ukrayna DİN-dən verilən məlumata görə, aksiyada 20 minə yaxın insan iştirak edir, asayişin qorunmasına 5 minə yaxın milis cəlb edilib.

Küçələrdən birində Maydana doğru irəliləyən və əllərində Britaniya bayrağı olan qrup müşahidə edilib. Bayrağın üzərində isə "Böyük Britaniya sizinlədir" yazısı olub. Ukraynalılar bu qrupa ingiilis dilində müraciət edərək onlara təşəkkürlərini bildirilər.






Fikirlər