Kiyevdən son xəbərlər

Kiyevdən son xəbərlər
Yaxın saatlarda Ukrayna Ali Radasında müxalifət yenidən prezidentin və hökumətin istefası məsələsini müzakirəyə çıxarmağa cəhd edəcək.
Bu dəqiqələrdə 30-a yaxın müxalifət deputatı yenidən Ali Radanın tribunasını mühasirəyə alıb. İqtidar təmsilçilərinin çoxluqda olmasına baxmayaraq onlar zalda baş verənlərə nəzarət edə bilmir. Parlament rəhbərliyinin və onun müavinlərinin masası Ukrayna bayrağı ilə örtülüb. İclas zalında bütün fraksiyaların təmsilçiləri olsa da hələlik yığıncaq başlamayıb. Zalda 200-ə yaxın deputat var.
Maydandakı mitinqçilərin bir hissəsi Ali Radanın önünə gəlir. Müxalifət liderləri davamlı olaraq güc strukturlarını olaylara müdaxilə etməməyə, xalqı isə fəallıq göstərməyə çağırır.






Fikirlər