“Bakı Qəbələ RLS-I bağlamayacaq”
Rusiyanın Müdafiə Nazirliyinin rəhbərliyində baş verən dəyişikliklə əlaqədar olaraq, Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarəsi ilə bağlı danışıqlarda hal-hazırda fasilə müşahidə edilməkdədir. Bu barədə məlumatı Rusiyanın danışıqlar prosesinə yaxın olan diplomatik mənbəyi yayıb.
Lakin mənbə bununla yanaşı onu da qeyd edib ki, bu, danışıqların dayandırılması demək deyil. Onlar yaxın vaxtda yenidən başlayacaq.
Mənbə həmçinin onu da qeyd edib ki, RLS-in icarə müqaviləsinin cari ilin dekabr ayının 9-da başa çatmasına baxmayaraq, Bakı çox güman ki, günü sabah stansiyanın bağlanması tələbini irəli sürməyəcək. “Əlbəttə, biz dostuq və güman ki, sözügedən stansiyanın hətta icarə müqaviləsi başa çatdıqdan sonra da istismarına dair münasib formul tapılacaq. İstənilən halda, biz danışıqların gələcəkdə də davam etdirilməsində maraqlıyıq”.