ARDNŞ Binəqədidə söküntüyə başladı
Noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin sakinlərinə şirkət tərəfindən qəti xəbərdarlıq edilib.
Həmin günü ARDNŞ-nin Mühafizə İdarəsinin bir qrup əməkdaşı Binəqədi rayonun eyni adlı qəsəbəsində tikilmiş 5-ə yaxın fərdi yaşayış evlərinin qanunsuz olduğu əsas gətirərək, traktorla uçurub. Nəticədə sakinlər evsiz qalıblar. Evləri uçmuş sakinlər bildiriblər ki, evlərlə bağlı onlarda bələdiyyə sənədləri mövcuddur: “Bələdiyyə bizlərə müvafiq sənədlər verib, amma ARDNŞ bu sənədlərə məhəl qoymur və evlərimizi uçurur. Biz məcbur olub Azərbaycan Prezidentinə şikayət edəcəyik”.
Qeyd edək ki, hazırda həmin ərazidə 600-ə yaxın fərdi yaşayış evi mövcuddur.